Gürcüstanın Xarici İşlər Nazirliyi Vaşinqton yaxınlığında onlarla insanın ölümü ilə nəticələnmiş aviaqəza ilə bağlı ABŞ-nin Dövlət Departamentinə başsağlığı verib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, nazirliyin “X” hesabında faciəvi hadisədən dərin kədər hissi ifadə olunub.
“Faciə qurbanlarının ailələrinə başsağlığımızı bildiririk və bu çətin zamanda ABŞ xalqı ilə həmrəyliyimizi ifadə edirik”, - paylaşımda deyilir.