8 İyul 2014 14:25
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar tibbi-texniki briqadası cari il iyulun 23-də Qəbələ və Oğuz, iyulun 24-də Şəki və Qax, iyulun 25-də isə Zaqatala və Balakən rayonlarında əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərəcək.

Teleqraf.com-un məlumatına görə, həmin rayonlar üzrə aşağı və yuxarı ətraf protezləri ilə təmin olunası əlilliyi olan 132 şəxsin və sağlamlıq imkanları məhdud uşağın qeydiyyatı aparılıb.

Eyni zamanda, bu təbəqədən olan şəxslərin ayrı-ayrı reabilitasiya vasitələrinə olan ehtiyacı aradan qaldırılacaq. Tədbir qeyd olunan şəxslərin protez-ortopediya məmulatlarından ötrü paytaxt Bakıya gəlmək çətinliklərini aradan qaldıracaq.

Ötən ilin dekabr ayında ƏƏSMN-nin müvafiq əmri ilə yaradılmış səyyar tibbi-texniki briqadalar indiyədək Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Lənkəran, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonları üzrə dayaq-hərəkət sistemi pozulmuş şəxslərin protez-ortopediya məmulatlarına olan ehtiyaclarını aradan qaldırıblar.

Ümumilikdə, həmin rayonlar üzrə 270 nəfərdən çox əlil şəxsə və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik bərpa xidməti göstərilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər