9 Noyabr 21:03
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Doydum, amma yeyə bilərəm” deyirsinizsə, sizdə bu xəstəlik ola bilər.

Teleqraf.com-un məlumatına görə Qidalanma və Pəhriz Mütəxəssisi Cansu Arslan, insanın kalori ehtiyacından asılı olmayaraq, maddələr mübadiləsini stimullaşdıraraq qidaları yalnız dadına görə istehlak etmək istəyi olaraq ifadə edilən "Hedonik aclıq" haqqında açıqlamalar verib.

Mütəxəssisin sözlərinə əsasən hedonik aclıq iştahın artması və yemək yeyərkən dad, qoxu və digər səbəblərdən alınan həzzlə bağlı olan aclıqdır.

O bildirir ki, televiziyada yemək proqramları və internetdə verilən sürətli sifarişlər hedonik aclığı tətikləyir. Bu təsiri azaltmaq üçün insan ilk növbədə ehtiyat tədbirləri görməlidir. İzlədiyimiz sosial media səhifələri bu hissə səbəb olur, “Mən həqiqətən acdımmı?” özümüzə sual vermək ilk addım ola bilər:

"Hedonik istehlak əyləncəli görünsə də, sağlamlıq üçün risklər yaradır. Hedonik istehlakın qarşısı alınmazsa, piylənmə, ürək xəstəlikləri, depressiya, diabet və qidalanma pozğunluğu kimi sağlamlıq problemlərinə səbəb olur. Bu məsələdən xəbərdar olmaq və şüurlu addımlar atmaq lazımdır".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər