Abşeron rayonunun Masazır qəsəbəsində bəzi əraziləri su basıb, 25 nəfər təxliyə olunub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, intensiv yağan yağışlarla əlaqədar Masazırda bəzi ərazilərin subasmaya məruz qalması barədə nazirliyə məlumatlar daxil olub:
"FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 6-sı azyaşlı olmaqla ümumilikdə 25 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib".