Suriyada hakimiyyət dəyişikliyindən sonra Cənubi Qafqazda Türkiyənin təsir dairəsi daha da güclənir.
Teleqraf.com xəbər verir ki, bunu erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov deyib.
“Türkiyə indi Zəngəzur dəhlizindən keçməlidir, gələn il İran üçün çox çətin olacaq. Əgər Tramp hər şeyi planlaşdırdığı kimi etsə, İranın neft gəlirləri 5-6 dəfə azalacaq. Tramp hakimiyyətə gələndə onun əsas problemi Rusiya yox, İran olacaq. İrana təzyiq etməlidirlər. İranı mübarizədən kənarda qoyaraq, Ukrayna məsələsində Rusiya ilə danışıqlar aparacaqlar”, - ekspert bildirib.
Baqdasarov əlavə edib ki, Suriya məsələsinin həllindən sonra Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan ağırlığı Zəngəzur dəhlizi məsələsinə salıb.