Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bolu vilayətinin Kartalkaya xizək mərkəzində yerləşən oteldə baş vermiş yanğınla əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya və Türkiyənin Bakıdakı Səfirliyinə başsağlığı məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Nazir yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını dilədiyini bildirib.