Bu ilin yanvar ayının ilk yarısında Azərbaycanda ən çox istifadə olunan mobil tətbiqlərin adları açıqlanıb.
Teleqraf.com-un xəbərinə görə, siyahıya 75 mobil tətbiq daxildir.
Bu siyahıda “SİMA İmza” birinci yerdə qərarlaşıb. Daha sonrakı yerdə isə “TEMU” mobil alış-veriş tətbiqi olub. Ölkə əhalisinin ən çox istifadə etdiyi üçüncü mobil tətbiq isə “ChatGPT” dır.
Sonrakı yerdə isə “GetContact”, “Tiktok” və “Whatsapp” qərarlaşıb. İlk onluqda “Instagram”, “Telegram” və “BirBank” mobil tətbiqləri də yer alıb.