2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 7% azdır.
İxrac 26 milyard 554,1 milyon ABŞ dollar, idxal isə 21 milyard 58 milyon ABŞ dolları olub.
Ötən il ixrac 21,7% azalıb, idxal isə 21,8% artıb.
Xarici ticarətdə müsbət saldo 3 dəfə azalaraq 5 milyard 496 milyon dollar olub.