09:24
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycan 1 milyard 844,157 milyon ABŞ dolları dəyərində 91 min 838 ədəd avtomobil idxal edib.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 4 min 133 ədəd və ya 4,3% azdır.

İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 405 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 6,5% azalaraq 82 434 ədəd olub.

Bu avtomobillərin 26 197-ü daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 3 027-si yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 15,7% artaraq 8 430 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 53,8% artaraq 569 ədəd olub.


Müəllif: Bəkir Nərimanoğlu