Elm və təhsil naziri Emin Əmrullayevin 24 yanvar 2025-ci il tarixində Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Elm və Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaş qəbulu yanvarın 30-da keçiriləcək.
Bildirilib ki, qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.