3 İyul 2014 12:26
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakının Nizami rayonu ərazisində yol polislərilə sürücü arasında insident yaşanıb.

Teleqraf.com bildirir ki, bu barədə “oxu az” saytına məlumat verilib. Məlumatda bildirilir ki, hadisə gecə saatlarında Nizami metrosunun yaxınlığında Şıxəli Qurbanov küçəsində baş verib.

Məlumata əsasən, üç yol polisi maşını əməkdaşları qanuna tabe olmayan sürücünü saxlayaraq onun barəsində müvafiq tədbir görmək istəyiblər. Lakin qanunu pozan sürücü yol polisi əməkdaşları ilə mübahisə etməyə başlayıb və YPX maşınına əyləşməyib. Buna görə polislər kütləvi şəkildə sürücüyə qarşı zor tətbiq edərək onu xidməti maşına əyləşdirmək istəyiblər.


Müəllif: