7 İyul 2014 12:46
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı qadının öz alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə “Tiryək” və xalis çəkisi 3,038 qram olan narkotik vasitə “Marixuana” aşkar edilib.
Arif Əliyev Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: