7 İyul 2014 23:19
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Zaqatala şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Emil Çingiz oğlu Qurbanov idarə etdiyi “VAZ-21011” markalı, 90 RB 562 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1983-cü il təvəllüdlü Kebeloba kənd sakini Sevil Seyfullah qızı Həsənovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevil Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun vəziyyəti orta-ağır hesab edilir, müalicəsi xəstəxanada aparılır.

Zaqatala Diaqnostika Mərkəzində tibb bacısı olan S. Həsənova uşaq bağçasından övladını götürüb evinə gedirmiş. Qəzanı törədən Emil Qurbanov bir müddət əvvəl həbsxanadan azadlığı çıxıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

/apa/


Müəllif:

Oxşar xəbərlər