Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonu, Lahıc qəsəbəsində meşə ərazisində 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. 1
Teleqraf.com FHN-in rəsmi saytına istinadən xəbər verir ki, 2 iyul 2014-cü il tarixindən itkin düşmüş vətəndaşın axtarışı İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən mütəmadi davam etdirilib.
Vətəndaş meşənin dağlıq ərazisindən tapılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 10:30-da başa çatıb.