Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.
Teleqraf.com-un məlumatına görə, batan şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Daha bir şəxs isə Sumqayıt şəhəri, “Corat” sularda xilasetmə məntəqəsi ərazisində dənizdə batmaq təhlükəsi ilə üzləşib.
O da Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas edilib.