14 İyul 2014 13:24
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Salyan rayonu Şorsulu kəndinin ərazisində Yolüstü kənd sakini Vidadi Ağarzayevin idarə etdiyi “Ford-Transit” və Lənkəran rayon sakini Said Cavadovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub. V.Ağarzayev və sərnişini, qardaşı Ramil xəstəxanaya yerləşdirilib, Ramil orada ölüb.

Lənkəran rayonu Veravul kəndinin ərazisində yol qəzası baş verib. Kənd sakini Dadaş Hüseynovun idarə etdiyi “Belorus” markalı traktorla Girdəni kənd sakini Elmir Şabanovun idarə etdiyi “VAZ-21014” markalı avtomobil toqquşub.

E.Şabanov hadisə yerində ölüb, sərnişini - Girdəni kənd sakini Cavid Əkbərzadə xəstəxanaya yerləşdirilib.

Daha bir ağır yol qəzası Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini İsmət Feyzullayev idarə etdiyi “MAZ” markalı avtomobili aşırıb. İ.Feyzullayev və sərnişini, oğlu Arif xəstəxanaya yerləşdirilib, İ.Feyzullayev orada ölüb.

Ağsu rayonunda da ölümlə nəticələnən yol qəzası törədilib. İbrahim Həşimzadə idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. İ.Həşimzadə hadisə yerində ölüb, sərnişini, Ağsu şəhər sakini Cəbrayıl Cəbrayılbəyli xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: