24 İyul 2014 17:24
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi rayon Məhkəməsinin hökmü dəyişdirilib. Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Ayxan Məmmədov “Favorit” marketdə oğurluğa cəhd edib və Binəqədi rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər