Bakının Sabunçu rayonunda narkotik alverçisi və narkotik qəbul edən həbs edilib.
Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Sərdar Valeyev saxlanılıb. Onun üzərinə baxış zamanı 0.541 qram narkotik vasitə aşkar edilib.
O, ifadəsində həmin narkotik vasitəni qəbul etmək məqsədilə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Şahgül mayılovdan aldığını deyib. Polisin keçirdiyi əməliyyat nəticəsində Şahgül Mayılov da həbs edilib. Əvvəllər məhkumluq həyatı yaşayan Şahgül Mayılovdan 3 qramdan artıq, evindən isə 67 qramdan artıq heroin götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov