18:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng vurub.

Teleqraf.com xəbər verir ki, nazir Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycan Respublikasının qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər