18:18
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarında Bakıda olmuşdum. Bu gözəl ölkədə gözəl nəticə qazanacağımıza inanıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rumıniyanın FCSB klubunun futbolçusu Coyskim Dava "Qarabağ"la UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turun oyunu öncəsi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mətbuat konfransında deyib.

“Biz optimistik. Bura ancaq və ancaq qələbə qazanmağa, nəticəmizi yaxşılaşdırmağa gəlmişik. Bu bizim arzumuz yox, hədəfimizdir. İki məqam var. Biri gələn həftə “Mançester Yunayted”lə oyunumuzun olması, biri də “Qarabağ”ın xalının az olmasıdır. İlk növbədə, sabahki oyuna köklənmişik", - deyə kamerunlu futbolçu vurğulayıb.

Müdafiəçi qələbə qazanaraq turnir cədvəlində yüksəlmək istədiklərini qeyd edib: "Qələbədən sonra 8-ci pilləyə yüksəlmək istəyirik. “Qarabağ” çox gözəl komandadır. Əcnəbi futbolçuları çoxdur. Hücumameyilli oyun oynayır və topanəzarəti çoxdur. Biz səfərdə oynadığımız üçün yerli komanda favorit sayılır. Buna baxmayaraq, hazırıq".

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB oyunu saat 21:45-də başlanacaq.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər