“Neftçi” klubu növbəti futbolçu transferini rəsmiləşdirib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Elvin Camalovla 1,5+1 illik müqavilə bağlanılıb.
29 yaşlı dayaq yarımmüdafiəçisi 4 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Qəbələ”nin yetirməsi olan Elvin Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/2019 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandann heyətində 20 oyun keçirib.