Əzizlərim, ticarətin əsas sərmayəsi para, siyasətin əsas sərmayəsi insandır. Çağdaş texnologiyalar sayəsində və siyasi partiyaların böhran şəraitində çox deyil, cəmi 30-40 inanmış, ləyaqətli və savadlı adamla yola çıxıb üç-dörd il ərzində ölkənin ən sanballı qüvvələrindən birinə çevrilmək, hətta parlamentdə xeyli sayda yer qazanmaq mümkündür.
Yetər ki, o adamları bir araya gətirən, bir komanda kimi formalaşmasını və fəaliyyət göstərməsini təmin edən lider, həmin insanlarınsa aydın konsepsiyası, strategiyası olsun.
Gəncliyimdən bəri müdafiə etdiyim bir termin var- meritokratiya.
“Bilik və bacarıqlara əsaslanaraq həyata keçirilən idarə üsulu” olan meritokratiyanın fəlsəfi və sosioloji əsaslandırılmasına sərf etməyəcəm bu yazını, deyəcəklərim başqadır. Ancaq bu terminin ehtiva etdiyi münasibətlər sisteminin beş əsas prinsipini sadalayacam, vacibdir:
1. Sizin fərd olaraq kim olduğunuz önəmlidir.
2. Başqalarının nə edəcəyi deyil, Sizin nə edəcəyiniz əsasdır.
3. Ayırım yoxdur: Cinsiniz, irqiniz, dininiz, yaşınız, keçmişiniz deyil, istedadınız şərtdir.
4. Hər kəs yüksəlişə eyni nöqtədən başlayar.
5. Qabiliyyətiniz nə qədərdirsə, karyeranızda o qədər yüksələ bilərsiniz.
Xatırlayacaqsınız, bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda yüksək səviyyəli kadrların qıt olduğundan şikayətləndi. Heç şübhəsiz, hörmətli Ramiz müəllimin idarəçilikdə, ayrı-ayrı sahələrdə görmək istədiyi kadrların formalaşması üçün təhsil sistemindən çox şey asılıdır. Ancaq istər ölkədə təhsil al, istər xaricdə, əgər bir fərdin zəka imkanları məhduddursa, oxuduqlarını beynində emal edə, dünyagörüşə çevirə bilmirsə, intellekt onu bir şəxsiyyət kimi formalaşdırmırsa, bu zaman hər cür diplom, hər cür titul nafilədir. Fəqət ütülü və sosial məzmun daşımayan tiplər də YAXŞI KADR ola bilməzlər. Bu gün ayrı-ayrı dövlət strukturlarında, universitetlərdə ictimai-siyasi proseslərə reaksiya verməyən son dərəcə ağıllı insanlar var, amma hakim partiya adına hansısa debata çıxsalar suyu süzülə-süzülə geri qayıdacaqlar. Çünki açıq mübarizə görməyiblər, təbii seçim nəticəsində formalaşmayıblar.
İndi özünüz düşünün, çox uzaq keçmişi demirəm, sosial şəbəkələrin hər insana populyarlaşmaq şansı, öz qabındakını ortaya qoymaq imkanı verdiyi bir dönəmdə - 2010-cu ildən bəri hesablayaq - virtual məkanda bir düşüncə klubu formalaşmış olsaydı, gələn ilki seçkilərdə siyasi rəqabətin bir parçası olmazdımı?
Belə bir klubun üzvləri ilə diskussiya aparmaq, onların sağlam və rasional mövqelərindən faydalanmaq heç bir halda ölkəni müxalifətsiz təsəvvür etməyən hakimiyyətin yüksək ranqlı fiqurları üçün də cəlbedici olmazdımı?
Bunun əvəzində sosial şəbəkələr, kobud ifadələrimə görə üzr istəyirəm, bir qrup əclafa, dəyyusa, anasının əmcəyini kəsənə ağuş oldu.
Artur Millerin çox yaxşı bir sözü var, deyir, qurbağanı stula oturtsan, o yenə bataqlığa tullanacaq.
AXCP sədri Əli Kərimlinin və “məişət məhbusu” Xədicə İsmayılovanın sayəsində sosial şəbəkələr bataqlığa çevrildi və onların masalarındakı stullarda əyləşən qurbağalar Facebook-a tullanaraq ölkənin DƏYƏR DAŞIYICISI olan sanballı insanlarına qarşı quruldamağa başladılar.
Bu bataqlıq canlılarına qarşı öz sözümü hər zaman açıq və kəskin demişəm. Mənim bütün həyatım şəffafdır, mövqeyim aydındır, bir yazar olaraq kimsənin qarşısında öhdəçiliyim yoxdur və hər dəfə yazı yazmaq üçün klaviaturaya yaxınlaşanda sifariş aldığım yeganə qüvvə vicdanımdır. Öz intellektimə, dünyagörüşümə, həyat tərzimə, vicdanıma yaxşı bələd olduğumdan sezmişəm və dərk etmişəm ki, mənim dövlətimə, xalqıma, demokratiyaya bağlılıq dərəcəm, baxış bucağım, yanaşmam, üslubum, bunların nüvəsini təşkil edən DƏYƏRlərim Əli Kərimlini və Xədicə İsmayılovanı “mübarizə simvolu” hesab edənlərdən tamam fərqlidir.
Xədicə İsmayılova həbs olunandan sonra onun haqqında bir kəlimə də yazmamışam. Hesab etmişəm ki, azadlığı məhudlaşmış və mənə cavab verməyə imkanı olmayan bir insan haqqında danışmaq doğru deyil. Onun haqqında deyəcəklərimi saxlayıram haçansa azadlığa çıxacağı günə. Sadəcə, onun tutulmasına səbəb olan məlum oğlanın tərcümeyi-halından mətbuatda işıqlandırımış bəzi detallara diqqətinizi çəkəcəm.
Həmin şəxs Göyçayda bir Azərbaycan qızını və iki övladını başsız qoyub Bakıya gəlir. Təşkilatlanmış cinsi azlıqların mərhum lideri İsa Şahmarlı ilə birgə yaşayır. Daha sonra mənim də bir tədbirdən şəxsən tanıdığım və haqqında heç bir mənfi fikir yürütmədiyim bir qızla nişanlanır və onun da həyatını qaraldır. Xədicə İsmayılova isə o məlum oğlanı iki qadının və bir cinsi azlıq nümayəndəsinin əlindən alaraq özünə partnyor edir, ona iş, maliyyə, səfərlər düzənləyir.
Əzizlərim, illərdir mənim dava apardığım dəstə, çevrə məhz bu əxlaqın, daha doğrusu, əxlaqsızlığın sahibidirlər, bir komandadan, dəstədən, çevrədən daha çox orqiya partnyorlarıdırlar.
“Taylı tayını tapar”- deyiblər. Bunun fəlsəfi və sosial-psixoloji açması budur ki, məna-mənanı, əxlaq-əxlaqı, eləcə də əxlaqsızlıq-əxlaqsızlığı yaradır və tapır.
Mən daha çox bu acıdan yuxarıda bəhs etdiyim sosial şəbəkə qurbağalarına “Xədicənin qardaşları” təşkilatının üzvləri adlandırırdım.
Həmin orqiya orqanının bir nümayəndəsi də AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovdur.
Natiq Ədilovun bir səfər əsnasında oteldə gecələyərkən telefonla danışa-danışa onanizmlə məşğul olduğunu görüntüləyən video yayılmışdı, yəqin yadınızdadır. Övladlarını, həyat yoldaşını atıb, yiyəsiz qoyub “eşq məcarası” yaşadığından da ictimai-siyasi sektorda hər kəsin xəbəri var. Arvadına ərlik, uşaqlarına atalıq, türmədə olan qardaşının balalarına əmilik eləmək əvəzinə hazırda Tiflisdə səfirliklərin qarşısında sığınacaq almaq üçün boyun bükdüyünü də bilməyən yoxdur. Ancaq bu mənəvi və siyasi deqradasiyanın dibində olan, üfunət qoxuyan bataqlıq sakininin içində, mahiyyətində sən demə Yasəmən İsmayılova və Nigar Əhmədova adlı iki fahişə də yatırmış. Sən demə içərisində gizlətdiyi və Facebook-da üzə çıxardığı o fahişələr Natiq Ədilovun “mübarizə pəriləri” imiş.
Bir həftəyə yaxındır ki, sosial şəbəkədə əleyhimə təhqir və iftira dolu bir səhifə açılmışdı. Yasəmən İsmayilova adlı saxta profildən açılmış, Nigar Əhmədova adlı saxta profildən dəstəklənən həmin səhifə Facebook-a etdiyimiz şikayətlər sonucunda bağlandı. Daha sonra həmin arvad profilləri arxasında gizlənən, gecəli-gündüzlü əleyhimə fəaliyyət göstərən, manikal-depressiv psixoz keçirdiyi şübhəsiz olan həmin şəxs Wordpress-də bir bloq da açdı. Mənimlə münasibətləri yaxşı olan və olmayan bir çox adamlara həmin bloqun linkini göndərərək öz fahişə xisləti ilə məni gözdən salmağa çalışdı.
Diqqətimi o cəlb etdi ki, həmin şəxs “Xədicənin qardaşları” təşkilatından heç kimə link atmır. "Bir ehtimal" deyib Natiq Adilovun Facebook hesabını yoxladım. Məlum oldu ki, “Yasəmən İsmayılova” hesabının açılması üçün yaradılmış e-mailin təsdiqləyici mobil nömrəsi ilə Natiq Ədilovun şəxsi hesabındakı nömrənin son rəqəmləri eynidir. Hər kəs onun bostanına kimlərin daş ata biləcəyini təxmin edir, mənim də həmin saxta profillərin yaradıcısı olduğunu güman etdiyim dörd-beş adamın siyahısında Natiq Ədilovun adı ilk üçlükdə idi, zatən.
Bu məsələnin araşdırlması, hüquqi tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinə, şəxsən cənab Ramil Usubova müraciət etmişəm. Bu faktları da sənədli-sübutlu şəkildə istintaqa təqdim edəcəm.
İndi şəxsən AXCP sədri Əli Kərimliyə bir-iki sual ünvanlamaq istəyirəm.
Budurmu Sizin silahdaşlarınız, mübarizləriniz, mübarizə metodlarınız?
Bir jurnalisti qaralamaq, gözdən salmaq, diqqətini işindən-gücündən ayırmaq üçün iki saxta profil açan, o saxta profilləri qadın adıyla və şəkilləri ilə qeydiyyatdan keçirən, daha sonra təhqir, iftira dolu bloqlar yaradan, bütün yazılmış və yazılmamış qanunlarla qorunan “qırmızı cizgiləri”n o tərəfində cirit atan bir anasının əmcəyini kəsənə “əqidədaş” demək milyon kərə ayıb olmayacaqmı Sizə?
“Yazılmamış qanunlar”ın daha keçərli olduğu mühitə- türməyə düşsə, saxta profillərini porno saytlardan götürülmüş qadın şəkilləri ilə süstləyən Natiq Ədilovun harasını sabunlayarlar, bilirsinizmi?
Bu sorunu sizə ünvanlamaqla tərbiyə sınırlarını keçmək istəməzdim, odur ki məsələni başqa müstəvidə qoyuram.
Budurmu sizin demokratik təfəkkürünüz, insan haqlarına sayğınız, ifadə azadlığına qatqınız, əks rəylərə dözümünüz, Əli Kərimli?
Budurmu sizin bir siyasətçi kimi davranışlarınızda istinad etməli olduğunuz LƏYAQƏT anlayışı, prinsipi, meyarı?
Axı gənc yaşlarından meydanlarda bişmiş, dövlət katibi olmuş, millət vəkilliyi yapmış, ölkənin tanınan, hakimiyyətə iddia edən bir partiyasının rəhbəri olaraq hər kəsdən daha çox Sizin ehtiyacınız var siyasi mübarizədə əxlaq prinsiplərinin qorunmasına?!
Bir gün Qəznə sulatını Mahmudun yanına bir şikayətçi gəlir, ərz edir ki, bəs sizin əsgərlərdən biri hər gün evimə gəlir, namusuma sataşır. Sultan göstəriş verir, o əsgər tapılır, saraya gətirilir. Onun əmri ilə öncə sarayda işıqlar söndürülür, daha sonra təcavüzçü əsgərin boynu vurulur. İşıqlar yandırılır, Sultan kəsilmiş başa baxıb dua edir. “Nədən dua edirsən” deyə ondan soruşurlar. Cavab verir ki, düşündüm ki, o qudurmuş əsgər birdən öz oğlum olar, atalıq hissim boynunun vurulması əmrini verməyimə mane olar. Odur ki, işıqları söndürtdüm. İndi isə şükr edirəm ki, boynu vurulan mənim oğlum deyil.
Liderlik budur, Əli Kərimli, başqalarının şərəf və ləyaqətini hədəfə alan insanları doğma oğlun belə olsa, bağışlamamaqdır, səf dışı etməkdir.
Əgər Sizin partiyanızın mətbuat xidmətinin rəhbəri Yasəmən İsmayılovaya, “Yeni Müsavat” qəzetinin baş yazarı Rauf Arifoğluna kollaj düzənləyib yayınlayan əminiz oğlu İnqilaba gücünüz çatmırsa, yanlarında sözünüz keçmirsə, lütfən, gedin ayrı işin qulpundan yapışın...
Yoxsa, “Yasəmən inqilabı”mı hazırlayırsınız bu cür murdar adamlarla və üsullarla?
Sizin yoğurmağa çalışdığınız “Yasəmən inqilabı”nın nəfi isə qudurub-qudurub öz mayasını- Sizi yeyəcək.
Bu dediyimi indi ciddiyə almasanız da olar, amma mart-aprel aylarında mütləq anlayacaqsınız.
O aylarda ləyaqətdən qaynaqlanmayan sədaqətin fəsadları barədə bir yazı yazaram, Siz də başınızı yelləyərsiniz...