İndi hər yerdə hamı danışır - artıq çəkidən, müxtəlif pəhrizlərdən, sağlam həyat tərzindən. Amma kim və necə - mən deyim bir bir, siz bir-bir xəbər tutun.
***
Medianı izləyənsinizsə, bu ad sizə nəsə deyəcək, adını çəksəm təbii. Mənsə ad çəkməyəcəm, çünki mətləb çox incə mətləbdir, hərçənd adamın özünün incəliklə vidalaşdığı 15 il olar. Fəal jurnalistika, gecikmiş ailə və bir neçə hamiləlik. Nəhayət, hormonal pozğunluq. Adamın artıq eni ilə uzunu bir. Necə işləyir, evində-eşiyində nə təhər hərlənir, çolma-çocuğuna necə baxır, ərilə münasibətləri hansı səviyyədədi - deyə bilmərəm. Çünki bu əndamla, bu görkəmlə sadaladıqlarımın öhdəsindən gəlmək çox zor. Ölü yerdən çəkisi sentner yarım olar.
***
Elif Şafakın romanlarından birində bir obraz var. Gənc qadın avtobusa mindimi iki nəfərin yerini tutur. Yol gedərkən mağaza vitrinində bir tort gördümü avtobusdan enib cumur dükana, iki müxtəlif tort alır. Birini yeyən kimi özünü verir ayaqyoluna. Əlini boğazına salıb məcburən özünü qusdurur, mədəsi boşalınca ikinci tortu ötürür içəri. İyrəncdi, eləmi? Mən də iyrənmişdim oxuyanda, elə iyrənmişdim ki, çox sevdiyim yazarımın bu romanını axıra çıxa bilməmişdim. Pes yani. Bu qədər də iyrənc bir obrazla bir neçə gün yan-yana yaşamaq mənlik deyil. Bu hadisədə yazıçı fantaziyası olsa da, həyatda bənzər situasiyalar olmamış deyil, yoxsa aramızda bir belə şişmanın yer almasını başqa nə ilə izah etmək olar? Təbii, aşırı iştah, artıq tamah və hərəkətsizliklə.
***
Ey mənim gözəl-göyçək şişman rəfiqələrim. Yazdıqlarımı oxuyunca düşünməyin ki, sizdən yazıram. Bax inciyərsiniz, ürəyim partlayar. Yox. Haqqında danşdığım rəfiqəm deyil. Uzaq qohumumdu.
***
Adam səhər o başdan 3-4 yumurtanı bişirib yeyir. İşə gəldimi əlüstü bir banka xamaya 3-4 qaşıq şəkər tozu əndərib vurur bədənə. Naharda 5-6 kotlet, bir çörək, bu da getdimi, dalınca yarım kilo tortdan, piroqdan. Evə də çatınca qaranəfəs özünü verir mətbəxə. Duru yemək, quru yemək, şirni yemək, yemək, yemək, yemək. Sanki qurbanolduğum bu insanı yalnız həzm aparatını işlətmək, həm də fasiləsiz işlətmək üçün yaradıb. Nə qədər olar?
***
O birini isə siz tanımırsız, mən tanıyıram. O da ailəlidir, anadır. Qaragün üzülüb qalıb, ayaq üstə keçinir. Elə biləsən qupquru üçlük taxtadı. Zalım balasının əyninə paltar da oturmur - nə geyinsə boş asılqandakı kimi yellənir, əlqərəz qayışbaldırın biri. Di gəl - pəhriz məqalələri oxumaqdan gözlərini də kor eləyib. Tək oxusa nə var ki? Zalımın qızı dünyanın min bir naz-nemətindən məhrum eləyib özünü. Boş su, bir də pörtlənmiş tərəvəzlə günü günə calayır. Həyatı da tərəzi üstə keçir. Yuxudan durdu - tərəzi, işə getdi - tərəzi, işdən gəldi - tərəzi. Necə işləyir, evində-eşiyində nə təhər hərlənir, çolma-çocuğuna necə baxır, ərilə münasibətləri hansı səviyyədədi - deyə bilmərəm. Çünki bu əndamla, bu görkəmlə sadaladıqlarımın da öhdəsindən gəlmək çox zor. Bu da bu.
***
İndi hər yerdə hamı bundan danışır - artıq çəkidən, müxtəlif pəhrizlərdən, sağlam həyat tərzindən. Amma hər danışana qulaq verməyin. Lap bu yaxınlarda artıq kilolardan rahatlıqla, əziyyətsiz-filansız azad olan mən danışım, siz eşidin. Bu arıqlamaq yolunda mən də az getdim, üz getdim və ən müxtəlif pəhriz variantları bir nəticə verməyəndə yaxın rəfiqəmin məsləhətilə üz tutdum "Ömür" klinikasına. Mənə nə dərman verdilər, nə idmana göndərdilər. Bunun çarəsi demə, "Ömür" eliksiri imiş. Kimyəvi qatqısız-filansız, adi otlardan hazırlanan "Ömür" eliksirini cəmi 21 gün içənlər azı 8-10 kilo arıqlayır. İş bu ki, bu eliksiri başqa heç yandan almaq olmur. Demə, hər adam üçün fərdi hazırlanır. Əvvəl müayinədən keçdim, sonra eliksirimi hazırladılar. Başqası üçün hazırlanan eliksiri nəbadə içmək olmaz. Dedilər, eşitdim, elədim, nəticəsini də gördüm. Arıqladım!
***
İndi məni başqa dərd alıb. Bu qəzeti həmin şişman xanıma necə çatdırım. Yazıqdı, oxusun, dərdinin çarəsini bilsin. Sosial şəbəkələrdə də yoxdu ki, paylaşım oxusun. Qəzet alıb göndərəm gərək. Mən reklam eləmirəm ha, olanı deyirəm.