Sahib Məmmədov
Səttar Mehbalıyev Azərbaycan Həmkarlar hərəkatının partiarxıdır. Bu gün onun 60 yaşı tamam olur. Həmkarlar İttifaqında isə 35 ildir. 1992-ci ildən isə ölkənin həmkarlar ittifaqlarının milli orqanı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edir.
Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi ilə bağlı Prezident tərəfindən imzalanmış sərəncam onun bu sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir.
Mən onu Avtomobil Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olandan tanıyıram. Heç vaxt fəhlənin haqqını və mənafeyini işəgötürənin ayağına verməyib. Nə imkan olubsa onu da edib. Onun təşəbbüsü ilə 1994-cü ildə “Həmkarlar İttifaqları haqqında” Qanun qəbul edilmişdir. Sonradan həmin qanuna və Əmək Məcəlləsinə işçilərin hüquqlarının daha yaxşı təmin olunmasına yönələn xeyli əlavələr və dəyişikliklərdə onun tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.
Təəssüf ki, işəgötürənlərin, xüsusən də transmiilli şirkətlərin və yerli şirkətlərin işçilərə qarşı törətdikləri qanunsuzluqların qarşısını almaq heç də həmişə mümükün olmur. Həmkarlar İttifaqları yalnız üzvlərini müdafiə edə bilirlər və buna səlahiyyətləri çatır. Özəl sektorda isə işəgötürənlər həmkarlar ittifaqlarının yaranmasına bacardıqları qədər müqavimət göstərir.
Səttar Mehbalıyev indiki vəzifəsinə həmkarlar ittifaqları üçün çox ağır olan bir dövdə gəldi. Hamımız fikirləşirdik ki, bacarmayacaq. Həmin vaxt Həmkarlar İttifaqı dağılmaq ərəfəsində idi. Azərbaycan Həmkarlar İttifaqları Şurasının binası qanunsuz olaraq Xarici İşlər Nazirliyinə verimişdi. Lakin Səttar Mehbaliyevin prinsipial mövqeyi nəticəsində o binanı həmkarlar ittifaqlarından alamaq mümükün olmadı.
Sonrakı dövrlərdə də həmkarlar ittifaqlarına məxsus mülkiyyətin, xüsusən də tibbi və reablitasiya məqsədli obyektlərin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Şurasının varisidir) almaq cəhdləri olmuşdur.
Bu gün sıralarında bir milyon altı yüz min üzvü birləşdirən bir qurum olaraq fəaliyyətini davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında yeni çağırışlar vardır. Dünyanı bürüyən iqdisadı böhran ölkəmizdən yan keçsə də neftin qiymətinin aşağı düşməsi, işəgötürənlərin artan müqaviməti həmkarlar ittifaqlarının üzərinə yeni vəzifələr qoyur.
Səttar Mehbalıyevin 60 yaşı tamam oldu. Onu yubiley münasibəti ilə təbrik etməklə yanaşı çətin və şərəfli fəaliyyətində uğurlar arzu edirəm.
Sahib Məmmədov