Rusiya Dövlət Dumasının deрutatı Nikolay Burlyayev ölkənin İstintaq Komitəsindən məşhur rus şairi Mixail Lermontovun ölümünün araşdırılmasını istəyir.
Teleqraf.com xəbər verir ki, Burlyayev qətlin ədalətlə və düzgün araşdırılmadığını düşünür.
Buna görə də, hadisənin üstündən 184 il keçməsinə baxmayaraq, Burlyayev ədalətli araşdırma tələb edir. Onun fikrincə, müstəntiqlər rus şairinin ölümü ilə bağlı şəraiti dərindən araşdırmalıdırlar. Lermontovun bədəninə dəyən güllə qeyri-adi trayektoriya üzrə uçub.
Xatırladaq ki, bundan əvvəl də Lermontovun qatilinin mayor Martınov deyil, çar hökumətinin təlimatı ilə hərəkət edən snayper olması barədə də ehtimallar var idi.