18 İyun 2015 22:25
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

23.00

Hazırda qadınlar və kişilər arasında taekvondo yarışlarında qalib gələn iştirakçıların mükafatlandırılma mərasimi keçirilir. Gümüş medal qazanan Fəridə Əzizova (-67 kq) göz yaşlarını saxlaya bilməyib.

Milad Heigi Harçeqaninin qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

22:40

Kişilər arasında taekvondoçuların final döyüşündə Azərbaycan təmsilçisi Milad Beigi Harçeqani (-80 kq) rusiyalı Albert Quanla tatami üzərində üz-üzə gəlib. Birinci hissədə taekvondoçumuz 3-1 hesabı ilə rəqibini üstələyib. İkinci raundda rusiyalı idmançı aradakı fərqi minimuma endirib: 5-4. Üçüncü mərhələdə M.Harçeqani 4 xal da qazanıb. Nəticədə təmsilçimiz 9-4 hesabı ilə qələbə çalıb. Taekvondo yığması aktivinə daha bir qızıl medal yazdırdı.

22:25

Qadınlar arasında taekvondo üzrə qızıl medal uğrunda final döyüşü başlayıb.

Taekvondoçumuz Fəridə Əzizova (-67 kq) çempionluq üçün Rusiya təmsilçisi Anastasiya Barişnikova ilə mübarizə aparır. Birinci hissədə təmsilçimiz 1-0 hesabı ilə rəqibindən geri qalıb. İkinci hissədə F.Əzizova 2 xal toplasa da, rəqibi 4 xal toplayır. Üçüncü hissədə isə F.Əzizova hesab arasında fərqi azaltsa da, sonda 6-5 hesabı ilə rusiyalı idmançıya məğlub olub.

Qeyd edək ki, Bakı Kristal Zalda baş tutan final görüşlərini Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tribunadan izləyir.

Hazırda Azərbaycanı 80 kiloqram çəki dərəcəsində təmsil edən Milad Beigi portuqaliyalı Julio Fereyra ilə qarşılaşır.

Birinci hissədən sonra taekvandoçumuz 1-0 hesabı ilə irəli çıxıb. İkinci hissədə daha 3 xal qazanan təmsilçimiz hesabı daha da artırıb: 4-0. Üçüncü hissədə idmançılar hərəyə 2 xal qazanıb.

Beləliklə, 6-2 hesabı ilə qalib gələn Azərbaycan idmançısı Avropa Oyunlarının finalına vəsiqə qazanıb.

17:03

67 kq çəki dərəcəsində olan Azərbaycan taekvondoçusu Fəridə Əzizova yarımfinal döyüşünə başlayıb. İsveç təmsilçisi Elin Yohansonla qarşılaşan təmsilçimiz birinci hissədə 1 xal qazanıb. Hazırda ikinci raund keçirilir. Bu raundda da F.Əzizova hesabına 1 xal yazdırıb. Hesab indiki dəqiqə üçün 2-0 təmsilçimizin xeyrinədir. İkinci mərhələdə isveçli idmançı 1 xal qazansa da, hesab yenə də F.Əzizovanın xeyrinə olub. İkinci hissədən sonra yekun xal 2-1 dəyişib. Üçüncü hissə 5-2 hesabı ilə təmsilçimizi xeyrinə başa çatıb. Beləliklə, 67 kq çəki dərəcəsində ilk finalçı bəlli olub. F.Əzizova qızıl medal uğrunda yarışacaq.

15:47

Kişilər arasında taekvondo üzrə dörddəbir finalda 80 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Milad Beigi Harçeqani Böyük Britaniya təmsilçisi Lutalo Muhammədlə üz-üzə gəlib. Birinci raundda taekvondoçumuz hesabına 3, rəqibi isə 1 xal yazdırıb. İkinci turda H.Milad daha 10 xal, L.Muhamməd isə 4 xal qazanıb. Hazırda hesab 13-5 təmsilçimizin xeyrinədir. Üçüncü turda 4 xal qazanaraq hesabını 17 xala çatdıran Milad döyüşü qələbə ilə başa çatdırıb. Yarış yarıda saxlanılıb. Taekvondoçumuz yarımfinalda yarışacaq.

15:33

Qadınlar arasında taekvondo üzrə dörddəbir final yarışı keçirilir. Tatamidə Azərbaycan təmsilçisi Fəridə Əzizova (-67kq) ilə türkiyəli Nur Tatarla döyüşür. Birinci mərhələdə 2-1 hesabı ilə rəqibini üstələyən F.Əzizova ikinci hissədə daha 1 xal qazanıb. Üçüncü hissə 6-2 hesabı ilə təmsilçimiz qələbə çalıb. Beləliklə təmsilçimiz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarışı izləmək üçün Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da oyunun keçirildiyi Bakı Kristal Zala gəlib.

10.47

Saat 10:45-də kişilər arasında -80 kq çəki dərəcəsində taekvondoçumuz Milad Beigi Harçeqani mübarizəyə qatılıb. Serbiyalı Damir Fejziclə qarşılaşan Azərbaycan təmsilçisi birinci raundda rəqibini 1-0 üstələyib. İkinci turda Milad serbiyalı idmançını nəfəs almağa qoymayıb. 10 xal qazanan taekvondoçumuz üçüncü turda daha 1 xal qazanaraq oyunu dayandırıb. Beləliklə, təmsilçimiz 12-0 hesabı ilə təmiz qələbə çalıb.

10.35

“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində qadınlar və kişilər arasında taekvondo yarışları üçüncü gündür davam edir.

Teleqraf.com-un məlumatına görə, bu gün saat 10:30-da tatamiyə çıxan Azərbaycan təmsilçisi Fəridə Əzizova (-67 kq) Niderland təmsilçisi Baren Vanla qarşılaşıb.


Birinci raund1-0 hesabı ilə Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb. İkinci raundda hesab dəyişməyib.

Fəridə Əzizova üçüncü turda daha bir xal qazanaraq 4/1 finala vəsiqə qazanıb. Döyüş 2-0 təmsilçimizin xeyrinə başa çatıb.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad

Müəllif: