29 İyun 2015 11:33
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mətbuatı birinci Avropa Oyunlarının gedişi ilə yanaşı, bağlanış mərasimini də geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, “Rossiya-24” telekanalı ilk Avropa Oyunları ilə bağlı yekun videomaterial hazırlayıb. Süjetdə yarışların sonuncu günündə də idmançıların fəal iştirak etdiyi vurğulanır. Həmçinin rusiyalı idmançıların da üstünlüyü qeyd olunur.

Bağlanış mərasiminə də toxunan müxbir birinci Avropa Oyunlarının əsl bayram və dostluq əhval-ruhiyyəsində keçdiyini vurğulayır. Bildirilir ki, bağlanış mərasimində milli elementlərin də əks olunması böyük maraq doğurub.

“Azərbaycan böyük idmanla qısa müddətə olsa da vidalaşır. Amma yaxın vaxtlarda dünya Bakının təqdimatında “Formula 1” və futbol üzrə Avropa çempionatının yarışlarını izləyəcək”, - deyə videomaterialda qeyd olunur.


Müəllif: