Bu gün Slavyanskda aparılan hərbi əməliyyatlar zaman Ukrayna ordusuna məxsus Su-25 qırıcısı separatçılar tərəfindən vurulub.
Axar.az xəbər verir ki, hərbi təyyarəyə zenit-raket qurğusundan atəş açılıb.
Bu barədə anti-terror mərkəzinin mətbuat katibi Aleksey Dmitraşkovski məlumat verib.
Onun sözlərinə görə, pilotlar təyyarəni yerə endirməyi bacarıblar. Ölən və yaralanan yoxdur.