28 İyul 2014 22:36
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada baş nazir postundan istefa verən Arseni Yatsenyuk təkrar vəzifəsinə qayıdıb.

Axar.az xəbər verir ki, ötən həftə parlamentdə yer alan iki partiyanın koalisiyadan geri çəkilməsindən sonra istefa verdiyini bəyan edən Yatsenyuk vəzifəsinə qayıtdığını bildirib.

Baş nazir Yatsenyuk açıqlamasında ötən həftə parlamentdə qəbul edilməyən büdcə və vergi qanununda dəyişikliklərlə bağlı istefa verdiyini deyib. Yatsenyuk dəyişikliklərin qəbul edilməməsinin orduya maliyyə vəsaitinin ayrılmasına imkan vermədiyini, bunun isə İMF ilə əməkdaşlıqda axsaqlıqlar yaratdığını söyləyib.

Xatırladaq ki, 24 iyulda istefa verən Arseni Yatsenyuk səlahiyyətlərini baş nazir müavini və və regional inkişaf naziri Vladimir Qroysmana həvalə etmişdi.


Müəllif:

Oxşar xəbərlər