30 İyul 2014 22:00
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

2011-ci ilin bu günündə BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-unu Beynəlxalq Dostluq Günü elan edib.ğ


Məlumata görə, Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə edib.

Qeyd edək ki, Məclis qəbul olunan qətnamədə insanların ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığını və böyük əhəmiyyətini vurğulayıb.

Bununla yanaşı Baş Məclis bu günü təsis edərkən quruma üzv olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət-ənənələrinə uyğun keçirməyi tövsiyə edib.

/axar.az/


Müəllif: