5 Dekabr 20:18
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, Rustaveli prospekti bağlanıb və əraziyə polis əməkdaşları cəlb olunub.

Əvvəlki etiraz aksiyaları ilə müqayisədə hazırkı aksiyada kütləvilik müşahidə edilmir. Aksiya sakit mühitdə heç bir zorakılıq olmadan davam edir.

Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 28-dən başlayıb. Həmin gün hökumət Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər