6 Dekabr 12:38
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada ölkədə daha 324 növdə odlu silahın satışını qadağan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş press-relizdə deyilir.

“Kanada hakimiyyəti Kiyev qarşısında bu gün və əvvəllər qadağan olunmuş silahların Ukraynada demokratiya uğrunda mübarizəni dəstəkləmək üçün necə verilə biləcəyini müəyyənləşdirmək üçün biznes ictimaiyyəti ilə işləmək öhdəliyi götürüb. Bunlar hərbi təyinatlı silahlardır”, - mətndə belə qeyd olunur.

Kanada hakimiyyəti silah zorakılığı ilə mübarizə üçün bəzi modelləri qadağan etmək qərarına gəlib. Bu silahları əldə etmək olmaz, ölkədə satıla və ya idxal edilə bilməz. Satış yalnız məhdud hallarda mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər