ABŞ Ukrayna münaqişəsində mühüm rol oynayır, amma bu, seçilmiş Prezident Donald Trampın vəzifəyə başlaması ilə dəyişəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
"Amerika olmasaydı, bu müharibə baş verməzdi və münaqişə çoxdan bitərdi”, - Macarıstan lideri belə söyləyib.
Orban qeyd edib ki, Ukrayna ətrafında kritik vəziyyət yaranıb, çünki hakimiyyətdən gedən Co Bayden administrasiyası ona mümkün qədər geniş hərbi dəstək verməyə çalışır və gələn Tramp hökuməti bu münaqişənin sülh yolu ilə həllinə sadiqdir.
Baş nazir hesab edir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynada hərbi xidmətə çağırış yaşının aşağı salınmasının zərurəti ilə bağlı təhlükəli bəyanatları Amerikanın strategiyasını dəyişməli olduğunu göstərir.