6 Dekabr 16:45
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ukraynanı Suriyada müxalifətlə hakimiyyət arasındakı silahlı qarşıdurmada birinciyə dəstək verməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin köməkçisi Müctəba Dəmirçilu bildirib.

Onun iddiasına görə, Suriyanın daxili işlərinə qarışan Ukrayna beynəlxalq öhdəlikləri açıq şəkildə pozub.

Dəmirçilu Ukraynanı Suriya müxalifətini silahlandırmaqda da günahlandırıb.

“Ukraynanın Yaxın Şərq regionunda sabitliyi pozmağa yönəlmiş hərəkətləri bütün beynəlxalq prinsiplərə ziddir və əxlaqsız siyasətdir”, - İran xarici işlər nazirinin köməkçisi belə qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər