6 Dekabr 17:37
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisi şəhər məhkəməsi müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Teleqraf.com xəbər verir ki, bununla ittiham tərəfinin vəsatəti təmin edilib.

Xatırladaq ki, A.Elisaşvili dekabrın 2-də Tbilisidə Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Əli Babayevə qarşı zorakılıq əməli törədib. O, ötən gün həbs edilib. Gürcüstanın Baş Prokurorluğu ona qarşı siyasi təqib ittihamı irəli sürüb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər