Rumıniya prezidentliyinə namizəd, Rumıniyanın Qurtuluşu Uğrunda Birlik (USR) partiyasının lideri Viktoriya Laskoni Konstitusiya Məhkəməsinin ölkədə keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinin ləğvi barədə qərarını pisləyib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu siyasətçi sosial şəbəkələrdə dərc etdiyi videomüraciətində deyib.
Laskoni Konstitusiya Məhkəməsinin qərarını qanunsuz və əxlaqsız adlandırıb.
“Bu, Rumıniya dövlətinin demokratiyanı tapdaladığı andır. Rumıniya xalqının iradəsinə hörmət etmək üçün bu seçkilər keçirilməli idi” - Laskoni deyib.
Siyasətçi prezidentlərin pərdəarxası danışıqlar yolu ilə təyin olunmadığını vurğulayaraq, qələbəsinin oğurlandığını bildirib.
"Belə bir qərarın gələcəkdə ciddi nəticələri olacaq" - Laskoni bildirib.