6 Dekabr 22:33
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı və birbaşa xətti olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, suallar toplusu dekabrın 8-nə keçən gecə açılacaq. Mətbuat konfransında federal, regional və beynəlxalq mətbu orqanlarının jurnalistləri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici media orqanlarının nümayəndələri akkreditasiya olunacaqlar.

“Yeniliklərdən biri odur ki, vətəndaşların suallarının işlənməsi prosesində geniş və tətbiqi şəkildə süni intellekt istifadə olunur”, - deyə Peskov qeyd edib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər