Qarabağda aparılan quruculuq işləri ilə bağlı ilk gündən Azərbaycanla birlikdə çalışırıq. Həm hökumət, həm də özəl sektor olaraq Azərbaycanın yanındayıq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, antiterror əməliyyatlarından sonra da işlər sürətlənib:
"Xankəndi başda olmaqla, digər ərazilərdə də birgə işlərrimiz davam edəcək. Yeni layihələr olacaq. Bundan başqa, təkcə Qarabağda deyil, Azərbaycanın digər bölgələrində də işlər görüləcək. Hər iki dövlətin enerji məsələsində son dərəcədə ortaq layihələri var. Bu, daha da inkişaf edəcək"