7 Dekabr 20:41
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə işləyir və ölkəni tərk etməyib".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının ofisi "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, bəzi xarici KİV-lər Suriya prezidentinin Dəməşqi tərk etdiyini və başqa ölkələrə gizli səfərlər etdiyini yazır. Əsəd bu iddiaları rədd edir və Suriya xalqını çaşdırmaq cəhdi kimi qiymətləndirir.

"Prezident öz işini, milli və konstitusiya vəzifələrini yerinə yetirmək üçün paytaxt Dəməşqdən davam edir", - ofisin bəyanatında deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər