Uels Şahzadəsi Uilyam Parisdə yenidən açılan Notr-Dam kilsəsinin rəsmi mərasiminə qatılıb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, səfər çərçivəsində o, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşəcək.
Bildirilib ki, ikitərəfli görüşdə iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi məsələləri diqqət mərkəzində olacaq.