ABŞ Ukrayna Silahlı Qüvvələri üçün 988 milyon dollar dəyərində daha bir hərbi yardım paketi təqdim etməyə hazırlaşır.
Teleqraf.com "Reuters"ə istinadən xəbər verir ki, bura raketlər və dronlar da daxil olacaq.
Bu məbləğ ABŞ-nin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü proqramı çərçivəsində respublikaya ayıra biləcəyi 2,21 milyard dolları demək olar ki, iki dəfə azaldacaq.