ABŞ Prezidenti Co Bayden Suriyada baş verən hadisələri diqqətlə izləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Şon Savett özünün “X” hesabında qeyd edib.
“Prezident Bayden və komandası Suriyada baş verən fövqəladə hadisələri yaxından izləyir və regiondakı tərəfdaşları ilə daim əlaqə saxlayır”, – deyə bildirib.
Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb, ölkənin Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.