Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali Rusiyanın respublikada hərbi mövcudluğu məsələsini yeni hakimiyyət nümayəndələrinin həll edəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, o bu barədə "Al Arabiya” telekanalına açıqlamasında deyib.
Dəməşqdə yaraqlılar tərəfindən saxlanılan hökumət başçısı bildirib ki, bu məsələ artıq onun səlahiyyətində deyil.
Qeyd edək ki, bazar günü səhər saatlarında silahlı müxalif qüvvələr Dəməşqə daxil olduqdan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər.