Rusiya ilə münaqişə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itki sayı 400 min nəfəri keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.
"Ukrayna absurd şəkildə 400 min əsgər itirdi, onlardan çoxu mülki insan idi və çoxlu ailələr məhv oldu", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Tramp Ukraynanın Rusiya ilə sülh danışıqlarına hazır olduğunu bəyan edib. O əlavə edib ki, bu, olmasa, münaqişə daha böyük və daha pis nəticə verə bilər.