8 Dekabr 14:18
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Suriyadakı italyanların təhlükəsizliyinin təmin edilməsi məsələsini müzakirə etmək üçün təcili iclas keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Roma vəziyyəti nəzarətdə almaqla, digər ölkələrlə əlaqə saxlayır: "Silahlı qrupların Dəməşqə daxil olması və Bəşər Əsəd rejiminin devrilməsi bu ölkədə olan 300-dək italyalını qorumaq üçün təcili tədbirlər görməyi tələb edir”.

Xatırladaq ki, bazar günü səhər saatlarında suriyalı yaraqlılar Dəməşqə daxil olduqadan sonra Suriya ordusunun bölmələri şəhəri tərk ediblər. Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.


Müəllif: Ceyhun Alışlı

Oxşar xəbərlər