8 Dekabr 16:30
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir. Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.

O söyləyib ki, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.

Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".

H.Fidan, bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər