“Həyat Təhrir əş-Şam” qruplaşmasının rəhbəri Əbu Məhəmməd əl-Culani Suriyanın paytaxtı Dəməşqə gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını açıqlayıb