Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Rusiya ilkin olaraq Suriyadakı hərbi texnikaları oradan çıxarmalı olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Aleksey Çepa "Lenta.ru"ya bildirib.
Çepa qeyd edib ki, silahlıların hakimiyyətə gəlməsi Suriya ordusunun zəifliyindən xəbər verir.
“Bu, onu göstərir ki, biz bir neçə il ərzində Əsədə normal ordu hazırlamağa kömək edə bilməmişik və terrorçular bir neçə gün ərzində bütün ölkəni ələ keçirə bildilər”, rusiyalı deputat bildirib.
Qeyd edək ki, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatdığını açıqlayıb