Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyası ölkədə inklüziv keçid hökuməti yaratmaq niyyətini açıqlayıb.
Teleqraf.com xəbər verir ki,bu barədə koalisiyanın "X" sosial şəbəkəsində yayımlanan bəyanatında bildirilib.
"Koalisiya istisnasız olaraq bütün milli qüvvələrin iştirakı ilə keçid hökumətinin formalaşdırılması üzərində işlədiyini təsdiq edir", - deyə qeyd olunub.
Ona “tam icra səlahiyyətləri” veriləcəyi qeyd olunub.