İsrail müdafiə naziri İsrael Katz orduya ölkəsi ilə Suriya arasındakı bufer zonaya nəzarəti tamamlamağı əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Katz orduya Suriyanın cənubunda, o cümlədən bufer zonadan kənarda İsrail üçün təhlükə yarada biləcək ağır strateji silahlar və terror infrastrukturundan təmiz təhlükəsizlik zonası yaratmağı əmr edib.
Bununla yanaşı, müdafiə naziri orduya Suriyanın cənubundakı druz icması və digər yerli sakinlərlə əlaqə qurmağı tapşırıb.
Verilən tapşırığa İrandan Livan və Suriyaya silah qaçaqmalçılığı marşrutunun yenilənməsinin dərhal qarşısının alınması da daxildir.
Nəhayət, Katz orduya Suriyada İsrailə qarşı olan qüvvələrin (İran və ona bağlı proksi qrupların) əlinə keçə biləcək strateji silahları məhv etmək təlimatı verib.